“Bu qədər pul hara gedir?!” - deputat

“Bu qədər pul hara gedir?!” - deputat
05 Dek 2016 14:09

“Sədərək”  Ticarət Mərkəzinə girəndə 30 dəqiqə belə maşını park etsən yenə də səndən pul alınır. Axı gün ərzində alınan bu qədər pul hara gedir?! ”
 
Modern.az-ın xəbərinə görə, bu sözləri deputat Fəzail Ağamalı Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında deyib.
 
Deputat İnzibati Xətalar Məcəlləsinə maşınların parklanması ilə bağlı təklif olunan dəyişiklərə münasibət bildirərkən deyib ki, “Sədərək” Ticarət Mərkəzində maşınların parklanmasından alınan pullar dövlət büdcəsinə getmir:
 
“O pullar dövlətin büdcəsinə gedir ? Əlbəttə ki, mən bilirəm ki, o pullar dövlətin büdcəsinə getmir. Mən “Sədərək” Ticarət Mərkəzini misal üçün çəkdim. Bu gün Bakı şəhərində çoxlu sayda belə qanunsuz park edtmə məntəqələri var.
 
Biz bu məsələyə ciddi yanaşmalıyıq. Həmin formada parklanmadan hər gün kifayət qədər gəlir əldə edənlərin pulları, vergiləri dövlət büdcəsindən niyə yayınsın ki?!”

24 May 2019
İqtisadiyyat

İqtisadiyyat Nazirliyində yeni vəzifə təyinatları

İqtisadiyyat Nazirliyi yanında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru Fazil Məmmədov nazirin müşaviri təyin olunub.

21 May 2019
İqtisadiyyat

Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 milyon manatlıq məhsul istehsal edilib.

20 May 2019
İqtisadiyyat

Dollar və manatın bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 20 may tarixinə olan valyuta məzənnələrini açıqlayıb.