“Apple”dən növbəti inqilab: “iPhone 8” şüşə örtüklə dizayn olunacaq

“Apple”dən növbəti inqilab: “iPhone 8” şüşə örtüklə dizayn olunacaq
27 Okt 2016 14:43

“Apple” gələn il 3 fərqli ekran ölçüsünə sahib “iPhone 8” modeli tanıdacaq.

Realpress.Az Technote.az-a istinadən xəbər verir ki, “Apple” hələ yeni “iPhone 7” modelini tanıtmağa başlarkən Tayvanda yerləşən “Nikkei” adlı veb-sayt önümüzdəki il nümayiş olunacaq “iPhone 8” modelləri ilə əlaqədar ciddi iddialar ortaya qoyub.

İddia olunur ki, yeni modellər 4,7 və 5,5 inçlik ekran ölçüləri öz ənənələrinə sadiq qalacaq. Bundan əlavə, başqa bir 5 inçlik model də tanıdılacaq. 4,7 və 5 inçlik modellərdə LCD ekranın yer alacağı haqda məlumat verən sayt, 5,5 inçlik modelin OLED ekrana sahib olacağını açıqlayıb.

Veb-sayt yazır ki, “iPhone 8” modelləri bütünlüklə şüşə örtük ilə dizayn olunacaq. Bu texnologiya Çin mərkəzli “Lens Texnology və Biel Crystal Manufactory” tərəfindən həyata keçiriləcək.

“iPhone 8” modelinin tanıtımına 10 aydan çox vaxt qalmasına baxmayaraq, “Apple”in yeni modeli haqda xəbərlər gəlməkdədir. Digər tərəfdən bu modellər haqda məlumatların yayılması şirkətin yeni cihazlarına marağın çox olduğunu sübut edir. 

“iPhone” həvəskarları isə “Apple”in yeni cihazlarının həm dizayn, həm də proqram təminatı baxımından istifadəçiləri sevindirəcəyinə ümid edir. 


16 Avq 2019
İT

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

16 Avq 2019
İT

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

9 Avq 2019
İT

“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının verilməsi davam edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC və "Microsoft" şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının "Microsoft" lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir